• Bazar ertəsi saat 00:00-dan Bazar günü 23:59-a qədər olan ödəmələr bir qayda olaraq növbəti həftənin V gününə qədər hesabınıza göndərilir və Bankdan asılı olaraq kartınıza oturur.
  • Bu müddət ərzində nəğd gedişlərin faizləri, bonuslar və kompensasiyalar hesablanır.
  • Ödənişlər göndərilən zaman e-mail vasitəsilə yuxarıdakı qaydada hesabat qəbul edirsiniz.

Bazar günü saat 23:59-a qədər balansınız müsbət olarsa:

  • Bank hesabınızda hər hansı bir xəta və ya çatışmamazlıq yoxdursa (hesab VÖEN-ə bağlı olmalıdır) ödənişi həmin həftə qəbul edirsiniz
  • Əgər məbləğ 20AZN-dən az olarsa, biz ödənişi növbəti həftəyə ötürürük.

Bazar günü saat 23:59-a qədər balansınız mənfi olarsa:

  • Yəni, nəğd gedişlərin sayı nəğdsiz gedişlərin sayından çox olarsa
  • Bu zaman mənfi balansı bank hesabınıza yükləməyiniz tələb olunur.
  • Ödənişlə bağlı hesabatı naim@taxify.eu ünvanına göndərməyiniz xahiş olunur.

Hər ayın sonu bütün ödənişlərdən xəbərdar olmağınız üçün sizə aylıq hesabat göndəririk. Hesabatda mənfi balans gördüyünüz zaman yuxarıda yazılanlara əməl etməyi unutmayın.

Müəyyən məqamlar var ki sizə göndərilən məbləğ gözlənilən məbləğdən fərqli ola bilər, belə ki: 

  • Hesablama xətası olan gedişlər sistemdə öz təsdiqini tapmamışdırsa, həmin gedişlərin məbləği növbəti həftə hesablanaraq əlavə edilir.
  • GPS xətası olan gedişlər də öz növbəsində sistemdə təsdiq və hesablama gözləyir.

Faydalı mənbələr 

  • Bütün gedişlərinizə nəzarət etmək üçün Taxify tətbiqetməsində "Gedişlər" bölməsinə baxa bilərsiniz.
  • Həftəlik faiz və qazanclara "Qazanclar" bölməsində baxa bilərsiniz.
  • Ödəmələr ilə bağlı hər hansı sualınız olarsa baku@taxify.eu ünvanına yaza bilərsiniz.
Did this answer your question?