Son günlər müştərilər tərəfindən hesabın qeyri-müəyyən fəaliyyətə görə bloklanması və kartdan istifadə zamanı məhdudiyyət ilə əlaqədar olaraq mesajlar qəbul edirik.

İlk növbədə qeyd etmək istərdim ki Taxify platformasında qeydiyyatdan keçən zaman şərtlər və qaydalar ilə yaxından tanış olun.

1. Hesab nə zaman qeyri-müəyyən fəaliyyətə görə bloklana bilər?

Eyni kart, eyni nömrə bir neçə cihazda istifadə edildikdə, dəvət kodlarından düzgün istifadə edilmədikdə, sistem üzərində çoxsaylı borclar mövcud olan zaman, ortaq fəaliyyətlərin sayı çox olduqda hesabınız qeyri-müəyyən fəaliyyətə görə bloklana bilər.

Eyni kart vasitəsilə yalnız 1 dəfə ilk gediş kodundan istifadə etmək mümkündür.

Dəvət kodları yalnız yeni istifadəçiləri Taxify-a dəvət etmək üçün nəzərdə tutulmuşdur. Dəvət etdiyiniz şəxs sayında hər hansı bir məhdudiyyət və ya limit yoxdur. Bu o deməkdir ki siz Taxify-a istədiyiniz qədər şəxs dəvət edə bilər və qarşılığında pulsuz gediş əldə edə bilərsiniz. (Hər hansı saxtakarlıq aşkar edilmədiyi təqdirdə)

2. Kart ilə olan ödənişlərə nə zaman məhdudiyyət qoyulur?

Əgər qeydiyyatdan keçirdiyiniz kartda sistem saxtakarlıq aşkar etmişdirsə, hesabınızda borc mövcuddursa, ortaq hesablarınızda borc mövcuddursa nağdsız gedişlərdə səbəbindən asılı olaraq müddətli və ya birdəfəlik məhdudiyyət yaranır.

Bu cür hallar ilə rastlaşmısınızsa zəhmət olmasa minaya@taxify.eu ünvanı vasitəsilə mənimlə əlaqə saxlayın.

Did this answer your question?